Zaqatalada radikal dini cərəyanlara qarşı seminar-treninq keçirilib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu, ARM) “Fərqlilikləri birləşdirən dəyər – Azərbaycan müasir çağırışlar və tolerantlıq” mövzusundakı silsilə seminar-treninqləri davam etdirir. Bu xəbər Turan-a Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən verilib.

Zaqatalada keçirilən seminar-treninqilərə ölkənin hər tərəfindən olan din xadimləri, ziyalılar, rayon rəhbərliyinin təmsilçiləri qatılıblar.

Seminar-treninqdəki çıxışlarda Azərbaycanda tolerantlıq ənənələrinə, dinlərarası münasibətlərə toxunulub. Ölkənin şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti qeyd edilib. Dini maarifləndirmə işinə diqqətlə yanaşılması, gəncləri qeyri-ənənəvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin düzgün çatdırılmasına din xadimlərinin xüsusi əhəmiyyət verməsi tövsiyə edilib.

Müzakirələrdə Yaxın Şərqdə baş verən hadisələrin Azərbaycanda təkrarlanmaması üçün həyata keçirilən təbbirlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Seminar-treninqlərdə dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib.

Dini komitə yanında Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində komitə ilə İƏK GF ARM -nin birgə layihəsi olaraq təsis edilib. Mərkəzin rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanıb.

Mərkəz mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsini, seminar-treninqlərin və konfransların təşkil edilməsini prioritet seçib. Bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması yönündə “Tolerantlığın ipək yolu”, “Azərbaycan-tolerantlıq məkanı”, “Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və yerli miqyaslı tədbirlər həyata keçirib.

390 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Zaqatalada radikal dini cərəyanlara qarşı seminar-treninq keçirilib

25 Ağustos 2014

By
@
backtotop